Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Deputat: “Bu gün televiziya kanallarında peşəkar xəbər verə bilən aparıcılar çox azdır”

“Bu gün ölkədə fəaliyyət göstərən televiziya kanallarında peşəkar xəbər verə bilən, yaxşı çatdıran, üslubu olan aparıcılar çox azdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, xəbərlərin effektinə fikir verilmir:

“Xəbər bizə ya çox soyuq, ya da hay-küylü çatır. Şuralar bədii şuralar kimi işləmir. Yəni, özlərini doğrultmurlar. Bu səbəbdən də yayım şurası həvəsdən düşür və nəzarət icraçıların əlinə keçir”.

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …