Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Deputatlar aktiv olmalı, problemlərlə maraqlanmalı, mövqe bildirməlidirlər” – Sübut Əsədov

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin görüşdüyü partiya liderləri arasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov da var.

Sübut Əsədov Yenisabah.az saytına müsahibəsində həm bu görüşlə bağlı təəssüratını bölüşüb, həm də gündəmdə olan digər məsələlərə mübasibət bildirib:

–  Prezident Administrasiyasının məsul şəxsi kimi Ədalət Vəliyev Azərbaycanda qeydiyyatdan keçmiş və keçməmiş siyasi partiyaların sədrləri ilə görüşür, fikir mübadiləsi aparır, ölkədə və beynəlxalq aləmdə baş verən hadisələrə siyasi partiyaların münasibətini öyrənir. Bu halı müsbət qiymətləndirir, siyasi partiyalar və iqtidar münasibətlərinin yeni mərhələyə gətirib çıxaracağına əminliyimizi bildiririk. 

Azərbaycanda İ.Əliyevin rəhbərliyi ilə yeni bir model formalaşır. Hesb edirik ki, çoxpartiyalı sistem də möhkəm əsaslar üzərində qurulmalıdır. Bunun üçün siyasi partiyaların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır.

Təəssüf ki, müxtəlif bəhanələrlə bu görüşlərdən yayınan siyasi qüvvələr də var. Hakimiyyət siyasi dialoq mühiti yaratmaqla iqtidar müxalifət yanaşmasını milli maraqlar üzərində qurmağa çalışdığı halda radikal müxalifət xaricdən aldığı sifarişləri yerinə yetirmək üçün məkrli işlər görür. Belə işlər digər partiyaların siyasi dialoq yaratmaq üçün səylərinə ziddir.

–  Sübut müəllim, Milli Məclis yeni tərkibdə fəaliyyətə başlayıb. Gözləntiləriniz nədən ibarətdir? 

–  Öncə qeyd edim ki, ölkə başçısının Milli Məclisə gələrək parlamentin iclasında dərin məzmunlu çıxışında irəli sürdüyü tövsiyələr, deputatlarımızın əsas fəaliyyətinin cəhətlərini müəyyənləşdirməyə dəstək oldu. Cənab Prezident bu gün reallaşan sosial-iqtisadi inkişaf strategiyasını, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin hüquqi bazasını təkmilləşdirmək, dayanıqlı inkişafın təmin edilməsi üçün deputatlarımıza strateji xəttin istiqamətlərini müəyyən etməyi göstərmişdir. Həmçinin ölkəmizdə və xaricdə baş verən hər hansı bir məsələ olursa-olsun hər bir deputatın ona siyasi yanaşması və mövqeyinin bildirməsinin vacibliyini diqqətə çatdırır.

Hesab edirik ki, cənab İ.Əliyevin parlamentdəki çıxışı deputatlarımızın 5 illik fəaliyyət istiqamətlərini müəyyən etmiş və onların necə işləməli olduğunu göstərmişdir.

Azərbaycan Respublikaçılar Partiyası olaraq, Milli Məclisin yeni tərkibindən qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni qanunların müzakirəsi zamanı deputatlarımızın qanunların qəbulunda aktiv olmalarını, mövqe bildirməyi arzu edirik. Eyni zamanda seçiciləri ilə daim təmas qurmaları, problemləri ilə maraqlanmalı və bu problemlərin dövlət və hökumət qarşısında həll edilməsi istiqamətində öz töhfələrini verməyi arzu edərdik.

ARP olaraq Sahibə Qafarovanın beynəlxalq səviyyədə Azərbaycan maraqlarını müdafiə etməyi bacara biləcək potensiala malik bir ziyalı və siyasətçi olacağına inamımızı ifadə edirik. Bu istiqamətdə hər bir kəs öz dəstəyini göstərməlidir.

Ümid edirik ki, parlamentdə təmsil olunan siyasi partiya təmsilçilərinin parlament rəhbərliyinə və komitələrdə irəli çəkilməsi, parlamentin fəaliyyətində mühüm rol oynayacaq.

–  Feministlərin bir neçə gün əvvəl aksiya keçirmələrinə münasibətiniz necədir? 

–  Hələ də mənə aydın deyil ki, bu qadınlar nə istəyirlər? Yazdıqları şüarlar da mənəvi dəyərlərdən uzaq şüarlardır. Məgər Azərbaycan qadını öz hüquqlarını bu cür ifadə etməlidir?

Onlara qoşulmayan, öz haqlarını müdafiə etməyi bacaran yüz minlərlə intellektual, müasir, ədalətli Azərbaycan qadını var. ARP bu tip halları qınayır. Azərbaycan qadınının qüruru ilə oynamağa heç kimin haqqı çatmaz.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …