Cümə , 26 Aprel 2024
Drone Cameras

Müharibə deyil, virusdur: Amma dünyanı fövqəladə rejimə salıb – SİYAHI

Çinin Vuhan əyalətindən meydana gələn koronavirus hazırda 121 ölkədə yayılıb.

Kütləvi yerlərdə infeksiyaya yoluxma riski yüksək olduğu üçün artıq bir neçə ölkə fövqəladə vəziyyət elan edib.

Boyukmillet.com xəbər verir ki, təkcə bu gün üç ölkədə – Bolqarıstan, Latviya və Estoniyada fövqəladə vəziyyət elan olub. Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-i, Latviyada aprelin 14-ü, Bolqarıstanda isə aprelin 13-dək davam edəcək. Ötən gün isə Slovakiya, Çexiya, Maldiv Respublikası və ABŞ-ın Arizona ştatında fövqəladə vəziyyətlə bağlı qərar qəbul olunub. Beləliklə, fövqəladə rejimin tətbiq olunduğu ştatların sayı 24-ə çatıb.

Bildirək ki, Çexiya və Maldiv Respublikasında bu vəziyyət 30 gün davam edəcək.

Slovakiya və ABŞ-da isə bu halın nə qədər davam edəcəyi tam məlum deyil. Martın 6-da Fələstin Prezidenti Mahmud Abbas koronavirus təhlükəsi səbəbindən ölkənin bütün ərazilərində fövqəladə vəziyyət elan edib.

Baş nazir Məhəmməd Ştaye isə bütün təhsil müəssisələrinin 30 gün müddətinə bağlanıldığını açıqlayıb. Elə eyni gündə İranın Gilan əyalətində də fövqəladə rejim tətbiq olunub.

3 martda isə Cənubi Koreya Prezidenti Mun Çje İn infeksiya ilə bağlı “müharibə” başladığını və ölkənin bütün dövlət qurumları üçün 24 saatlıq fövqəladə vəziyyət elan etdiyini bildirib.

Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru isə fevralın 28-i koronavirus səbəbi ilə fövqəladə vəziyyət elan edib. Qubernator həftəsonu xüsusi hallar istisna olmaqla, sakinlərdən evdən çıxmamağı xahiş edib. Bu vəziyyət fevralın 4-ü Hindistanın Kerala ştatında müşahidə edilib.

Fevralın 2-si isə Rusiyanın Çinlə sərhəddəki iki rayonunda – Xasan və Oktyabrda fövqəladə vəziyyət elan olunub.

Qeyd edək ki, ÜST hələ yanvarın 30-da Fövqəladə Komitənin Cenevrədə keçirilən görüşünün ardından dünyada fövqəladə vəziyyət qərarını qəbul edib.   

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …