Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Deputatlığa namizəd Prezidentə və Mehriban Əliyevaya müraciət etdi.

Seçkinin nəticələri ilə razılaşmayan və qanun pozuntularının olduğunu bildirən 12 saylı  Qaradağ Yasamal Binəqədi seçki dairəsindən deputatlıqa namizəd Aidə Şirinova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Boyukmillet.com müraciəti  olduğu kimi təqdim edir.

Sizə müraciətimin əsas məqsədi 09 fevral 2020-ci il tarixində keçirilmiş Milli Məclisə növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindəki məntəqələrdə yol verilmiş saxtakarlıqlara, adı çəkilən dairədən 26 yaşlı Səbinə Xasayevanın  və REAL Partiyasının icra katibi Natiq Cəfərlinin saxta yolla səs əldə etməklərinə və Səbinə Xasayevanın  Milli Məclisə Millət vəkili seçilməyinə etirazımı bildirmək istəyirəm. Belə ki, 21 saylı məntəqənin sədri Zakir müəllimin vasitəsiylə hərbiçilər gətirilib (hansı hərbi hissədən olduqları barədə məlumat yoxdur) saxta 221 səs verilib. 8 saylı məntəqədən 55 səs, 13 saylı məntəqədən 59 səs,   24 saylı məntəqədən,  285 səs,  25 saylı məntəqədə 73 səs, 26 saylı məntəqədə 205 səs, 27 saylı məntəqədə 60 səs, 32 saylı məntəqədə 219 səs əldə edilib, hətta bir çox  məntəqələrdə bülletenlər sayılanda mənim lehimə işarələnən bülletenlər Sabinə Xasayevanın hesabına sayılmışdır. Məntəqələrdə olan səs sayları seçki günü müşahidəçilərimiz tərəfindən çox çətinliklə əldə etdikləri məntəqə sədrlərinin möhürlü qaralama protokolları əsasında yazılıb.

Yeni Yasamalda yerləşən 286 saylı məktəbdə 09 fevral 2020-ci il tarixində saat 17:35 radələrində məktəb müəllimi Bayramova Şəlalə “valideyn iclası” adı ilə  valideynləri bir sinifə doldurub bir-bir 26 saylı məntəqə sədri Mehdizadə Samir müəllimin, 27 saylı məntəqə sədri Muradova Ətir müəllimənin,  29 saylı məntəqə sədri Təranə müəllimənin vasitəsiylə karusel əməliyyatı edib kütləvi saxta səslər verirdilər. Bütün bu qanun pozuntuları mənim gözümün qarşısında baş verməsinə baxmayaraq yenə də qarşısını almaq mümkün deyildi.

Yuxarıda göstərilən saxtakarlıqlarla əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal sekçi dairəsinin 8, 13, 21, 24, 25, 26, 27, 32 saylı məntəqələrin sədrlərinin saxtakarlığı ilə bağlı ölçü götürüb qanunvericiliyə uyğun cəzalandırımasını və ümumilikdə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin  nəticələrinin ləğv edilməsini, yenidən seçkilər keçirilməsi haqqında dəstək göstərməyinizi Sizdən xahiş edirəm.

Möhürlü qaralama protokollardan əldə edilmiş nəticəni cədvəl şəklində ərizəyə əlavə edirəm.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …