Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Qərəzli olduqları əvvəlcədən bilinən bəzi beynəlxalq qurumlar da 9 fevralda müşahidəçiliyə dəvət olundu – yeni taktika özünü doğrultdumu…

Yadigar Məmmədli: “Bu onu göstərir ki, Azərbaycan tərəfi demokratik prinsiplərdən çıxış edərək tənqidlərə dözümlü yanaşır”

“Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq”. Bu fikirləri Prezident İlham Əliyev MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, qərəzli olduqları əvvəldən bilinən bəzi beynəlxalq qurumlar da seçkiləri müşahidə etməklə bağlı dəvət edilib: “Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda, onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası, Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir”.

Bütövlükdə, qərəzli olduqları əvvəldən bilinən bəzi beynəlxalq qurumların da dəvət olunması, seçkiləri müşahidə etmələri taktikası özünü necə doğrultdu?

  • “Başqa ölkə olsaydı, həmin qurumları yaxına belə buraxmazdı

Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, sözügedən taktika özünü doğrultdu: “Azərbaycanda keçirilən bütün seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakına şərait yaradılır. İstər Avropa təsisatlarından olan müşahidəçilərə, istərsə də yaxın qonşulardan olan müşahidəçilərə bu imkan yaradılıb. Onlar seçkiləri müşahidə etməklə bağlı ölkəyə dəvət ediliblər. Cənab Prezident sözügedən məqamlara toxunmaqla bir sıra məsələlərə aydınlıq gətirdi. Məlum oldu ki, bəzi Avropa qurumları hər dəfə müşahidə apardıqdan sonra qərəzli olaraq seçkilərin demokratik şərtlərə uyğun olmaması barəsində fikir bildirirlər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan demokratik prinsiplərdən çıxış edərək bütün tərəflərə müşahidə aparmaqla bağlı şərait yaratdı. Bu onu göstərir ki, Azərbaycan tərəfi demokratik prinsiplərdən çıxış edərək tənqidlərə dözümlü yanaşır. Baxmayaraq ki, bir sıra hallarda bu cür tənqidlər qərəzli xarakterli olur. Başqa ölkə olsaydı, həmin qurumları yaxına belə buraxmazdı. Neçə illərdir həmin təşkilatlar Azərbaycandakı seçkiləri müşahidə edir və hər dəfə nəticələri qərəzli formada dəyərləndirirlər. Bu da haqlı olaraq bizdə o fikirləri yaradır ki, bu təşkilatlar qərəzlidirlər. Ancaq dövlətimiz humanistlik göstərərək bizi kəskin tənqid edən qurumlara da seçkiləri müşahidə etməklə bağlı şərait yaradır. Bu həm də ondan irəli gəlir ki, Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğundur. Müəyyən dairələr məqsədyönlü şəkildə bunu inkar etsələr də, öz qərəzli niyyətlərini reallaşdıra bilməyəcəklər”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …