Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

“Dövlət Agentliyinin rəhbəri elə bilir, qurum onun şəxsi firmasıdır” – Deputatdan ŞOK AÇIQLAMA

“Qanunsuzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə edən qurumlardan biri də Azərbaycan Dövlət Reklam Agentliyidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.

“Səbəb odur ki, rəhbər vəzifəyə biznesdən gəlib, elə bilir, agentlik onun firmasıdır. MMC düşüncəli məmur…”, – deputat əlavə edib.

Deputat bu barədə Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə keçirilən komitə iclasında fikirlərini dediyini xatırladıb: “Nə lazımdırsa, dedim. Dedim ki, vətəndaş dövlətindən narazı qalmamalıdır. Əgər o, özbaşınalıqla məşğuldursa, mütləq vəzifədən alınmalıdır.

Bu gün Azərbaycan dövlətinin maraqları naminə dünya gücləri ilə savaşan Prezidentin yanında dayanan vətəndaşları incitmək elə Prezidentə qarşı çıxmaq deməkdir. Çox təəssüf edirəm…”

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …