Cümə , 26 Aprel 2024
Drone Cameras

Dövlət Komitəsinin sədri: “Məcburi köçkünlərin qayıdışı könüllü həyata keçirilir və keçiriləcək”

“Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçmiş məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir: “Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını icra etməyə hazırdır”.

Check Also

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvan şəhərində bu il aprelin 29-30-da Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin …