Cümə , 22 Noyabr 2024
Drone Cameras

Döyüşçü jurnalist: “Vətən müharibəsində məxfilik ciddi şəkildə qorunurdu”

“Polad Həşimovun şəhidlik xəbərini alanda əvvəlcə inanmadım, kimisi yalandır dedi, kimisi də doğru. Onda mən bir status yazdım, dedim Polad, kaş yalan ola. Təəssüflər olsun ki, xəbər doğru oldu. Uzun zaman idi ki, ağlamırdım, o zaman hönkürərək ağlamağa başladım”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında şəhid general-mayor Polad Həşimovla birlikdə hərbi xidmətdə olan, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, jurnalist, ssenarist İlham Tumas (Ağayev) deyib.

O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Birinci Qarabağ müharibəsindən tamamilə fərqli idi: “Müharibənin başlandığı xəbərini eşidəndə çox sevindim. Ən önəmli məqam odur ki, Vətən müharibəsində məxfilik son dərəcə ciddi şəkildə qorunurdu. Birinci Qarabağ müharibəsində isə məxfilik ciddi şəkildə qorunmurdu. 1992-ci ildə Torpaqtəpəyə hücuma keçməli idik, Tərtər camaatı bizə əl edirdi. Artıq onlar hücuma keçəcəyimizdən xəbərdar idi. Belə müharibə olmaz. Müharibədə mütləq şəkildə məxfiliyə ciddi formada əməl edilməlidir. İkinci Qarabağ savaşında biz bunu bacardıq”.

Daha ətraflı videomaterialda:

Gülçin Cəmil

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …