Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ekvadorda həbsxanada toqquşma zamanı 15 nəfər öldürülüb

Ekvadorun Kotopahi əyalətində həbsxanada baş verən qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Diario Expreso” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb.

Qeyd olunub ki, qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …