Cümə , 13 Sentyabr 2024
Drone Cameras

Elmar Vəliyevin viran qoyduğu Gəncə küçələri hələ də düzəlməyib – Foto

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə qəribə mənzərə hakimdir.

Şəhərdə olduğumuz zaman, dəmək olar ki, bütün mərkəzi küçələrin qazıq-qazıq olduğunun şahidi olduq. Həmin güçələrin əksəriyyətində “giriş qadağandır” işarəsi vurulub. Sürücülər vəziyyətdən çıxış yolunu alternativ yollardan istifadədə görür. Xidmətindən istifadə etdiyimiz bir neçə taksi sürücüsü yaranmış vəziyyətlə bağlı ciddi narazılıqlarını ifadə etdilər. Onlar deyir ki, qısa məsafəyə adamı çatdırmaq üçün dolanbac yollardan istifadə etməyə məcbur qalırlar. Ən maraqlısı isə budur ki, şəhərin mərkəzi küçələrində kommunikasiya və kanalizasiya xətlərinin dəyişdirilməsinə kompleks şəkildə başlanıb və bu, sabiq icra başçısı Elmar Vəliyevin dönəminə təsadüf edir. Yəni 3-4 ildir ki, şəhərin əksər mərkəzi küçələrində deyilən vəziyyət hökm sürür. Şəhər sakinləri bildirir ki, yeni təyin olunan icra başçısı bir neçə küçədə təmir işləri aparsa da, ümumi problem aradan qalxmayıb. Gəncə şəhərinin küçələrindəki real vəziyyəti əks etdirən fotoları təqdim edirik.

Məhəmmədəli QƏRİBLİ  

“Bakı-Xəbər”

Check Also

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir