Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

EMİN MİLLİ İLƏ SEPARATÇI ƏLİKRAM HÜMBƏTOVUN İŞ BİRLİYİ AŞKARLANDI

Mənzil gərərgahı Avropa ölkələrindən birində yerləşən və Azərbaycanda radikal müxalif profilli KİV kimi tanınan “Meydan TV”-nin  Azərbaycanın konstitusion quruluşunun əleyhinə fəaliyyət göstərən separatçı dairələrlə ciddi iş birliyində olmasına dair təkzibedilməz dəlillər ortaya çıxıb. Boyukmillet.com bildirir ki, belə bir əlaqənin olmasını MeydanTV-nin özü yayımladığı materallar vasitəsilə təsdiq etmiş olur. Onların son günlər ərzində hazırda həbsdə olan Əfqan Muxtarlı barədə hazırladıqları videomaterialların sonunda sözügedən KİV-in Avropada qeydiyyatdan keçən CODA adlı bir təşkilatla əməkdaşlıq etdiyi açıq yazılır. Boyukmillet.com apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, CODA adlı təşkilat hazırda Azərbaycan dövlətçiliyi əleyinə separatçılığı dəstəkləyən fəaliyyət göstərən və son illər ərzində bir necə dəfə Ermənistana səfər edən Əlikram Hümbətova məxsusdur.

Həmin təşkilata sədirliyi Əlikram Hübmətovun oğlu Tural Hümbətov edir. CODA ilə Talış Azadlıq Hərəkatı adlı təşkilatın mənzil qərərgahı da  Avropa ölkələrindən birində olan eyni ofisdə qərarlaşıb. Tural Hümbətovun 2 ilə yaxın bir müddətdir ki, Avropa Parlamentində dövləti olmayan xalqların təmsilçisi kimi fəaliyyət göstərdiyi bildirilir. Hollandiyia mətbuatında dərc edilən materialları araşdırarkən məlum oldu ki, əslində Emil Milli ilə Əlikram Hümbətovun bir-birinə bəslədiyi sevginin kökləri hələ 2010-cu ilə gedib çıxır. Həmin vaxt CODA Azərbaycanın Hollandiyadakı səfirliyinin önündə Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz aksiyası keçirib.

Azərbaycan hakimiyyətinə qarşı radikal mövqeyilə tanınan və daima dövlətçilik maraqlarını önə çəkməkdə maraqlı görünən  kimi  təəssürat  yaratmağa çalışan “Meydan TV”-nin  ermənilərlə əlbir fəaliyyət göstərdiyini açıq şəkildə bəyan edən Əlikram Hümbətovla bir səngərə girməsi çox maraqlı və absurd görünür.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir