Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ərdoğan 185 general və admiralı yeni vəzifəyə təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 185 general və admirala yeni vəzifə verib.

Boyukmillet.com xəbər verir ki, prezidentin bununla bağlı sərəncamı “Resmi Gazete”də yayımlanıb.

Sərəncama əsasən, Quru Qoşunları Komandanlığında 119, Hərbi Dəniz Qüvvələri Komandanlığında 35, Hərbi Hava Qüvvələri Komandanlığında isə 31 general və admiralın vəzifələri dəyişib.

Türkiyə Prezidentinin sərəncamı ilə ordu generalı Bəxtiyar Ersay Birinci Ordu Korpusuna komandir təyin olunub.

Qeyd edək ki, Bəxtiyar Ersay həm də Azərbaycan müdafiə nazirinin müşaviridir. Avqustun 5-də rütbəsi artırılan B. Ersay ordu generalı olub.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …