Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Ərdoğan: Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik

Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Ərdoğan bu günə qədər 50 ölkə ilə 770 PUA üçün müqavilə imzalandığını bildirib.

“Ötən il təkcə bu ixracatın məbləği 1,8 milyard dollar idi. 2024-cü ilin ilk iki ayında 633 milyon dollarlıq ixracat rəqəmi ilə müdafiə və aerokosmik sektorda yeni rekord qırmışıq”, – Türkiyə Prezidenti vurğulayıb.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …