Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə MİT-in rəhbəri ABŞ-da Qafqazdakı vəziyyəti müzakirə edəcək

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a səfər edib.

Boyukmillet.com  xəbər verir ki, o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək. İ.Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.

İ.Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə danışıqlar aparacaq.

Rusiya və Ukrayna arasında davam edən müharibə, həmçinin Qafqazdakı vəziyyət də müzakirə mövzusu olacaq.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …