Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

Ərdoğan: Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir

Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.

Boyukmillet.com Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.

Onlar ikitərəfli əlaqələrin normallaşması üçün atıla biləcək növbəti addımlar barədə də danışıblar. Ərdoğanla Paşinyan eyni zamanda İsrail- İran hərbi gərginliyi barədə fikir mübadiləsi aparıblar.

Check Also

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç …