Şənbə , 27 Aprel 2024
Drone Cameras

Erməni əsgərdən etiraf: “200 nəfər gözümün qabağında öldü”

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ8 Oktyabr , 2020 0:29

Erməni əsgərdən etiraf: “200 nəfər gözümün qabağında öldü”

Erməni əsgərdən etiraf: 200 nəfər gözümün qabağında öldü

Erməni əsgər düşmən cəbhəsində baş verənlərlə bağlı rus müxbirlərə danışıb.

Boyukmillet.com xəbər verir ki, “Novaya Qazeta”nın müxbirləri işğal olunmuş Qarabağ bölgəsinə səfər edib və yerli sakinlər və hərbçilərlə söhbətləşiblər.

Qondarma rejimin “andiçmə mərasimi”nin keçirildiyi Şuşa Mədəniyyət Evinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsinin təfərrüatları məlum olub.

Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı binada 300 adamın iştirakı ilə yüksək çinli zabitlərin yığıncağı keçirilirmiş. Hərbçilər iz azdırmaq üçün xidməti müşavirəni mülki obyektdə keçirsələr də, “görünür, agentlər Azərbaycan tərəfə bu barədə məlumat sızdırıblar” və binaya raket zərbələri endirilib. Qondarma rejimin vəzifəliləri arasında xeyli ölən və yaralananlar olub.

Artur Ohannisyan adlı könüllü əsgərlə söhbət zamanı isə məlum olub ki, düşmən 18 yaşlı təcrübəsiz gənclərin əlinə avtomat verib cəbhəyə yollasa da, onları normal qaydada patronla, zirehli jiletlə də tam təmin edə bilmir. Zirehli texnika, tank çatışmazlığı var. Yemək üçün 4 kilometr atəş riskli zonadan keçmək lazım gəlir.

Cəbrayılın Azərbaycan tərəfindən işğaldan azad olunması barədə erməni əsgəri “yuxarılar”da satqınlar olduğunu bildirir və bu işdə onları günahlandırır:

“Elə mənim gözümün qabağında 200 nəfər öldü, orada itki minlərlədir. Belə davam etsə, azərbaycanlılar lap Ermənistanın içinə qədər irəliləyə bilərlər”.

Laçında da ərzaq dükanı sahibi və mülki əhalidən bir neçə nəfərlə olan söhbətlərdən Qarabağdakı insanların savaş və gələcək haqda ümidsiz olduqları aydın sezilir.

Check Also

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib

Aprel ayının 23-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin …