Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Ermənistan Azərbaycan ərazilərinin minalanmasını davam etdirir” – RƏY

“Ermənistan 30 il ərzində olduğu kimi bu gün də Azərbaycan ərazilərinin minalanmasını davam etdirir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, beynəlxaq hüquqa əsasən, müharibə bitdikdən sonra Ermənistanın mina xəritələrini Azərbaycana verməli olduğunu xatırladıb:

“Ancaq bu xəritələr Azərbaycana verilmədi. Eyni zamanda Ermənistanın ayrı-ayrı dövlətlərin iştirakı ilə Azərbaycana verdiyi xəritələr də qeyri-dəqiq olub. Bu səbəbdən 270-ə yaxın azərbaycanlı minaya düşüb, onlardan 45 nəfər həyatını itirib. Son günlər Sarıbaba yüksəkliyində aşkarlanmış minalar təsdiqləyir ki, ermənilər bu gün də Azərbaycan Ordusunun təminat yollarında, ayrı-ayrı yerlərdə Azərbaycanın ərazilərini minalayır”.

Deputat bildirib ki, bütün bu hadisələr Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verib:

“Sülhməramlı qüvvələr də bu məsələyə heç bir reaksiya vermir. Azərbaycan məcburdur ki, tədbirlər həyata keçirsin. Bu, Azərbaycanın hüququdur. Əgər Ermənistan beynəlxalq hüququ pozursa, minalar basdırırsa, Azərbaycanın haqqı var ki, müəyyən tədbirlər görsün. Ümumiyyətlə Ermənistan təxribatlara son qoymalı, Rusiya sülhməramlıları isə məsələlərənəzarət etməldir. Əks halda vətəndaşların sağlamlığının qorunması, əsgərlərin mina təhlükəsizliyi və təminat yollarının mühafizəsi üçün Azərbaycan uyğun addımlar atmaq hüququna malikdir. Hazırkı vəziyyədə bunu etmək məcburiyyətindədir”.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …