Cümə , 29 Mart 2024
Drone Cameras

Zabit: “Sarıbabada basdırılan minalar insan tələfatı üçün nəzərdə tutulub”

“Laçın rayonunun Sarıbaba yüksəkliyində basdırılan minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və bu minalar insan tələfatı üçün nəzərdə tutulub”.

Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin polkovnik-leytenantı Cavid Cabbarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və jurnalistlərə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan minalar 2021-ci ildə Ermənistan tərəfindən istehsal edilib: “Bunlar piyada əleyhinə fuqas tipli minalardır. Minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və gövdəsi 200 qramdır. Minalar insan tələfatı üçün nəzərdə tutulub. Sarıbabadakı minalar Vətən müharibəsindən sonra 2021-ci ilin birinci həftəsində basdırılıb”.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.

Check Also

30 yaşadək olan şəxslərin DİQQƏTİNƏ! – Müdafiə Nazirliyi ELAN VERDİ

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna …