Şənbə , 27 Aprel 2024
Drone Cameras

Ermənistan ordusu bütün cəbhə boyu təslim olur

İşğalçı və terrorçu Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.Füzuli cəbhəsində ağır itkilər verərək məğlubiyyətə uğrayan düşmən ordusu artıq iflic olub. Şəxsi heyəti tükənib və ruh düşkünlüyü işğalçıda pik həddə çatıb. Bütün bunlar isə Ermənistan əhalisində Paşinyan hökumətinə qarşı hiddəti artırıb. Artıq valideyinlər öz övladlarını orduya buraxmaq istəmir və müxtəlif bəhanələrlə yayındırırlar.
İşğalçı Ermənistanda əsgərlər arasında fərarilik halları baş alıb gedir, cəza hallarının tətbiqi praktikası belə heç bir nəticə vermədən hakimiyyətə nifrəti daha da artırır.
Cəbhədə ardıcıl məğlubiyyət əhalinin sosial iqtisadi vəziyyətini Ermənistanda daha da dərinləşdirir ki, buda hazırki Paşinyan hakimiyyətinə qarşı narazıların və əks qütbdə duranların yeni revanşına səbəb olur.
Ermənistanda hazırki şərait Paşinyan hakimiyyətinə mövcud vəziyyətlə barışmağı diqtə edir. Artıq Paşinyan bütün mövcud vəziyyətlərdən istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.
Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etməklə, ərazilərimizdən işğalçı ordunun çıxmağa hazır olduğu haqda mesajlar ötürür.
Beləliklə də siyasi, iqtidadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyan Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür.

Rufiz Qonaqov-Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …