Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə DGK sədri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

“Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş “Marqara” məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir”, – o qeyd edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …