Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur.

Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır.

O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl “Qazprom Ermənistan”ın baş direktoru olub.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …