Ermənistanın Apellyasiya Antikorrupsiya Məhkəməsi Respublikaçılar Partiyasının (RPA) sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın azadlıqdan məhrum edilməsi və ev həbsi tədbirinin ləğvi ilə bağlı təqdim olunan xüsusi şikayəti rədd edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ruben Melikyan öz sosial şəbəkə hesabında məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Aşotyan barəsində seçilmiş ev həbsi qətimkan tədbiri qüvvədə saxlanılıb.
Ermənistan Prokurorluğu müxalif siyasətçini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İrəvanın mərkəzində yerləşən 451,1 kvadratmetr sahəsi olan daşınmaz əmlakı və torpaq sahəsini yüksək vəzifəli şəxsin və onunla əlaqəli şəxsin fondunun mülkiyyətinə qanunsuz ötürməkdə ittiham edir.
Aşotyan və onun müdafiə tərəfi isə ittihamları qətiyyətlə rədd edərək cinayət işinin siyasi motivli olduğunu bildirirlər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
