Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Ermənistanla sülh sazişində müharibə canilərinin Azərbaycana təslim edilməsi bəndi də olmalıdır… – Aydın Quliyev

Azərbaycan xalqına qarşı cinayətlər törətmiş erməni əsilli hərbçi, mülki və rəsmi səlahiyyətli şəxslərin məsuliyyətə cəlb olunması artıq başlanıb. Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin, sərhəd toxunulmazlığının pozulmasından tutmuş azərbaycanlıların şəxsiyyətinə və əmlakına, Azərbaycanın dövlət əmlakına qarşı cinayət törətmiş kimsə qanuni cəzadan kənarda qalmamalıdır və qalmayacaq…

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

Politoloq yazır ki, ancaq hələlik dövlətimizin nəzarətə götürdüyü keçmiş DQ-nin ərazisində ələ keçirilmiş cinayətkarların üzərində proses gedir. “Bu istiqamətdə görülməli işlər, konkret şəxslər hələ qalır. Qondarma qurumun Saakyan, Qukasyan, Arutunyan kimi oyuncaq “prezidentləri”, oyuncaq “ombudsmanları”, oyuncaq “nazirləri” qandallanmaq üçün sıradadırlar. Onlar hələ də keçmiş DQ-nin ərazisində gizlənirlərsə, qaçmayıblarsa, tezliklə mütləq ələ keçəcəklər…

Lakin məlum cinayətləri törətmiş ermənilərin başqa bir kateqoriyası da var. Bunlar sonradan Ermənistanın dövlət strukturlarında prezidentdən baş nazirə, nazirə, deputata qədər vəzifə tutmuş şəxslərdir. Köçəryan, Sarkisyan, Vazgen Manukyan, Ovanesyan, Balayan və digər canilərin də məsuliyyətə cəlb edilməsinin üsulları üzərində düşünməliyik. Sarkisyan Xocalıda uşaqları, qadınları şəxsən qətlə yetirdiyini etiraf edibsə, beləsinin haqq etdiyi cəzaya çatdırılmaması Allaha da, bəndəyə də xoş getməz.

Bəs necə edək?

Məncə Ermənistanla imzalanacaq sülh sazişində işğal və müharibə dövründə cinayət törətmiş şəxslərin Azərbaycana təhvil verilməsi barədə ayrıca bənd olmalıdır. Başa düşülür ki, Ermənistan buna var gücü ilə müqavimət göstərəcək. Ancaq belə maddəni özündə əks etdirməyən saziş Azərbaycanın nəyinə lazımdır?! Bu canilərin məsuliyyətə cəlb edilməsini əks etdirməyən istənilən saziş Ermənistan üçün hər an poza biləcəyi kağız parçası olacaq. Lakin sazişdə həmin maddə olsa, Ermənistanda yeni müharibə canilərinin yaranma imkanı xeyli zəifləyəcək və revanşistlərin hakimiyyətə qayıtmaq şansları da azalacaq.

Saziş Azərbaycan üçün məqsəd yox, Ermənistanı həm də gələcək revanş siyasətindən çəkindirmək üsulu olmalıdır…”

Tahir TAĞIYEV

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …