Bazar , 19 May 2024
Drone Cameras

Yeniden Diriliş Partiyası sədri Qənirə Paşayevanın ölümü bağlı başsağlığı mesajı yaydı: “Vaxtsız vəfatı xəbəri bizi dərindən kədərləndirdi”

Türkiyədə fəaliyyət göstərən Yeniden Diriliş Partiyasının sədri İsa İlyasoğlu Azərbaycan Milli Məclsinin üzvü  Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.

Boyukmillet.com xəbər verir ki,  başsağlığı mesajında deyilir: 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın vaxtsız vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Qənirə Paşayeva Azərbaycan dövləti və xalqı ilə bağlı milli maraqları beynəlxalq platformalarda daim qoruyan, müdafiə edən görkəmli ictimai xadim idi. O, türk xalqları arasında əlaqələrin inkişafı, həmrəyliyi və birliyi naminə fədakarcasına xidmət göstərirdi. Qənirə Paşayevanın Türk Dünyasına sevgisi və bağlılığı türk xalqlarının ona böyük məhəbbət, sayğı və ehtiramını qazandırmışdır. O sanki
bütün türk dünyasının millət vəkili simasında çalışırdı.

Yenidən Diriliş Partiyası və şəxsən öz adımdan Qənirə Paşayevaya Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Ruhu şad, məkanı cənnət olsun!

Saygılarımla,

İsa İlyasoğlu

Yeniden Diriliş Partisi Genel Başkanı”.

MİA.AZ

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …