Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ermənistandakı PKK düşərgələrindən çoxsaylı terrorçu Türkiyəyə keçdi

Terror təşkilatı PKK-nın Ermənistandakı düşərgələrindən çoxsaylı terrorçu Türkiyə ərazisinə keçib.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyə hakimiyyətinə bağlı “Yeni Şafak” qəzeti hərbi-kəşfiyyat mənbələrinə istinadən yayıb.

Məlumata əsasən PKK-nın Ermənistandakı düşərgələrindən terrorçular solçu radikal qrupların cəmləşdiyi Ağrı, Bingöl, Tunceli və Tokat bölgələri üzərindən Qara dəniz sahilindəki dağlıq bölgələrə keçməyə çalışırlar. Bildirilir ki, Ermənistandan sızan terrorçular Gümüşhanə səmtinə keçməyə hazırlaşdığı qeydə alınıb.

Xəbərdə deyilir ki, Ermənistandakı düşərgələrdən PKK-çılar sərhədi keçərək Ağrı bölgəsindəki Tendürək dağında cəmləşiblər. Onları havadan pilotsuz kəşfiyyat təyyarələri qeydə alıb. Bu terrorçular TİKKO, MKP, TİKB, MLKB kimi radikal solçu qruplaşmaların uniformalarını daşıyır, onlar mövsümi işçilər  adı altında Qara dəniz bölgəsinə keçməyə can atırlar.

PKK-nın Qara dəniz bölgəsində möhkəmlənməyə çalışmasının səbəbi budur ki, Türkiyə silahlı qüvvələri terror təşkilatının Amanos dağlarındakı qüvvələrini məhv edib. Nəticədə terrorçular Amanos dağlarında yenidən möhkəmlənə bilmədikləri üçün Qara dəniz sahilindəki dağlıq bölgələrə yerləşməyə çalışırlar.

Qəzet yazır ki, yaranmış vəziyyətlə bağlı Türkiyə ordusu Tunceli, Bingöl, Ağrı və Tokat bölgələrində geniş təhlükəsizlik tədbiri görüb, havadan pilotsuz təyyarələr müntəzəm olaraq bölgəni izləyir. Hərbi qüvvələr mümkün əməliyyat üçün hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, PKK-nın təkcə Ermənistanda yox, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində da düşərgələrinin olduğu məlumdur. Bu barədə Türkiyə mənbələri dəfələrlə məlumatlar yayıb.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir