Şənbə , 18 May 2024
Drone Cameras

ErsinTatar: “Şəhidləri unutmadıq, unutmayacağıq”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İnönü şəhidlərini anıb.

Boyukmillet.com xəbər verir ki, Ersin Tatar 12 İyun 1958-ci ildə yunanlar tərəfindən şəhid edilən İnönü kəndindən olan 11 həmvətəninin xatirəsini anmaq məqsədilə  mesaj yayımlayıb. 

Şəhidlərin unudulamadığını və unudulmayacağını deyən Ersin Tatar yunan rəhbərliyinin Kipr Türk xalqı və Türkiyənin qarşı çıxması nəticəsində BMT Təhlükəsizlik Şurasında 1954-cü ildə “Kipr xalqının öz müqəddəratını təyin etmə hüququ” adı altında Enosis qərarını əldə edə bilmədiyini qeyd edib. Bundan dərhal sonra yunan rəhbərliyi Enosisi silah gücü ilə həyata keçirmək üçün EOKA terror təşkilatını qurduğunu ifadə edərək Ersin Tatar sözlərinə belə davam edib: 

“EOKA terror təşkilatının qurulması ilə Kipr Türk xalqına qarşı silahlı hücumlar güclənərkən Kipr qan gölünə çevrildi. Bu hücumların əsas hədəfi Enosisə qarşı çıxan Kiprli Türkləri qorxutmaq və məhv etmək idi. Bu istiqamətdə Kiprli Türklərə qarşı hücumlar davam edərkən, 12 İyul 1958-ci ildə kəndlərindən Famagustaya işə gedən İnönü soydaşlarımızı daşıyan avtobus pusquya salındı. Bu hücumda 11 müdafiəsiz həmyerlimiz şəhid oldu və bir çoxu yaralandı. 

Bu qanlı hücumdan 63 il keçdi, yunan düşüncəsinin hələ də dəyişmədiyini görürük. Bu zehniyyətə görə yunanlar Kiprin yeganə sahibi, Kiprli Türklər isə azlıqdır. Yenə də bu düşüncə tərzinə görə Kiprli Türklər kiprli yunanlarla bərabər deyil və yalnız azlıq hüquqlarını qəbul etməlidirlər. 

Onları qəbul etmək mümkün deyil və biz heç vaxt qəbul etməyəcəyik. Dövlətimizdən, suverenliyimizdən və azadlığımızdan vaz keçməyəcəyik. Bu, şəhidlərimizə, xalqımıza və yeni nəsillərə borcumuzdur. 

İnönü kəndindən olan 11 müdafiəsiz həmyerlimizin şəhid olması, 1974-cü ilə geri dönə bilməyəcəyimizin və Ana Vətən Türkiyə zəmanətindən əl çəkməyəcəyimizin daha bir açıq göstəricisidir. 

Ana Vətənimiz Türkiyəyə daha sıx sarılaraq, müəyyən etdiyimiz yolda getməyə davam edəcəyik. İnönü şəhidlərini və bütün şəhidlərimizi hörmət və mərhəmətlə xatırlayarkən, onların əmanətlərini nəyin bahasına olursa, olsun qoruyacağımızı bildirmək istəyirəm. Ruhları şad olsun”. 

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …