Cümə , 21 Fevral 2025
Drone Cameras

Fəxrəddin Altun: Bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzarəti ilə imzaladığımız “Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və Birgə Media Platformasını yaratdıq. Bu, rabitə və media sahəsində əməkdaşlığımız üçün hərtərəfli yol xəritəsidir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 illiyi ilə bağlı keçirilən dəyirmi masada Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fəxrəddin Altun deyib.

Qardaş ölkəmiz Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirən bu anlaşma memorandumu ilə 4 məhsuldar ili başa vurduq deyən Fəxrəddin Altun bildirib ki, bu müddət ərzində həm Türk Dövlətləri Təşkilatının, həm İslam Əməkdaşlıq Təşkilatının hüdudlarında, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşüb və əməkdaşlıq daha da gücləndirməyə çalışılıb:

“2021-ci ildə Birgə Media Platformamızın ilk iclasını keçirməklə qərara gəldik ki, “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşdirmə” komitələri yaradılsın. Bu çərçivədə komitələrin qurulması üçün inventar və layihə işlərimiz tamamlanıb. Qısa müddətdə bu komitələri yaratmaqla ölkələrimizin qarşılıqlı tanıtımı üçün layihələrimizi həyata keçirəcəyik”.

F.Altun nəzərə çatdırıb ki, davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmi şin keyfiyyətini artıracaq. Xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək.

“Dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə Bakı Rabitə Məsləhətçiliyimiz, TRT və Anadolu Agentliyinin birgə səyləri ilə dost və qardaş Azərbaycanla media görüşləri, xəbərlərin paylaşılması, dezinformasiyaya qarşı birgə mübarizə və maarifləndirmə sahələrində əməkdaşlığımız fasiləsiz olaraq davam edir. 

Dəyərli dostlarımızın töhfələri ilə 4 mart 2025-ci il tarixində Bakıda təşkil edəcəyimiz “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı ilə dünyaya güclü mesaj verəcəyik”,- deyə vurğulayıb.

Check Also

Azərbaycanın bir sıra xəbər saytlarına haker hücumu olub

Saytların özünü “hüseynçilər” adlandıran qrupun haker hücumuna məruz qaldığı bildirilir Azərbaycanda bir sıra xəbər saytlarının …