Cümə , 20 İyun 2025
Drone Cameras

Fələstin səfiri: “Bakı Şopinq Festivalı Azərbaycan üçün səmərəli olacaq”

“Bakıda keçirilən şopinq festivalı Azərbaycana bir çox mənada səmərə gətirəcək”.

“Report” xəbər verir ki, bunu www.bakushopfest.com saytına müsahibəsində Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Onun fikrincə, bu festival sayəsində Azərbaycanda beynəlxalq brendlər arasında rəqabət daha da güclənəcək. Eyni zamanda, yerli və xarici alıcıların Azərbaycandakı ticarət mərkəzləri və mağazalara marağı artacaq. Festivalın ənənəvi olaraq, hər il keçiriləcəyini nəzərə alsaq, əminliklə demək olar ki, bu alıcılar Azərbaycandakı mağazaların daimi müştərilərinə çevriləcəklər.

Nasir Əbdül Kərim hesab edir ki, turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük sərmayədir: “Nəzərə alsaq ki, turistlər gəzmək üçün daim sabit və gözəl şəhərlər axtarırlar, Bakı misilsizdir. Şopinq festivalı Azərbaycana daha çox turist cəlb etməklə yanaşı, bu sahədə xidmətlərin keyfiyyətini də yüksəldəcək. Ölkə iqtisadiyyatına ciddi səmərə verən belə bir addımı yalnız alqışlamaq olar”.

Check Also

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir