Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir.
Trend-in məlumatına görə, “Fənərbağça” İstanbulda ilk oyunda 4:1 hesabı ilə məğlub olduğu “Mançester Yunayted”i qəbul edib.
Oyuna meydan sahibləri fəal başlayıblar. 2-ci dəqiqədə Mussa Sou möhtəşəm qola imza atıb.
İkinci hissəyə də türklər qolla başlayıblar – 59-cu dəqiqədə Lens Yeremen ingilisləri məyus edib.
89-cu dəqiqədə isə Runi “Mançester”in təsəlli qolunu vurub – 2:1.
Beləliklə, A qrupunda “Feyenord” və “Fənərbağça” 7 xalla 1 və 2-ci yerləri bölüşürlər. 6 xallı “Mançester Yunayted” 3-cüdür.