Cümə axşamı , 2 May 2024
Drone Cameras

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov bu gün Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku ilə bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, AGF rəhbəri yarışda Azərbaycan millisinə uğurlar arzulayıb.

“Azərbaycanda yunan-Roma güləşi üzrə Dünya Kuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq.

Check Also

Suqovuşanda “Prezident Kuboku 2024″ün açılış mərasimi keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024”ün açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir …