Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə əlaqədar əhalinin maarifləndirilməsində KİV-in rolu” mövzusunda təlim keçirilib.
Boyukmillet.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi işində KİV nümayəndələrinə dəstək olmaq, eyni zamanda, Agentliyin fəaliyyət istiqamətləri ilə onların yaxından tanış olmalarına şərait yaratmaqdır.
Təlim zamanı Agentliyin fəaliyyəti ilə bağlı mütəxəssislər tərəfindən geniş məlumat verilib, suallar ətraflı cavablandırılıb.
Yekun olaraq təlimdə iştirak edən KİV nümayəndələrinə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.
Sertifikat alanlar arasında “Report” İnformasiya Agentliyinin müxbiri Gülçin Cəmil (İsgəndərova) da var.