Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Fidan: PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır

PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Bağdadda keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün, xarici müdaxilələrin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir”, – Fidan vurğulayıb.

Qeyd edək ki, oktyabrın 26-da PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Təşkilatın Suriyada YPG/PYD qolları fəaliyyət göstərir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …