Bazar , 23 Fevral 2025
Drone Cameras

Finlandiyadakı azərbaycanlılar “Neftçi”nin oyununa dəstək verəcək

Xəbər verdiyimiz kimi, bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda “Neftçi” klubu ilə Finlandiyanın HJK klubu qarşı-qarşıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Finlandiyada yaşayan 40 azərbaycanlı futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək.

Azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsünü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova irəli sürüb, Diasporla İş üzrə Dövlət Komitəsi təşəbbüsü dəstəkləyib və azarkeşlərin biletlərini alıb.

Xatırladaq ki, HJK – “Neftçi” oyunu UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb (2-2). Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbaxça” komandasına rəqib olacaq.

Check Also

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …