Cümə axşamı , 30 May 2024
Drone Cameras

“Fizuli Məmmədov prezidentinə,vətəninə və dövlətinə bağlı şəxsiyyətdir”

Bugünlərdə azərbaycanlı xeyriyyəçi işadamı, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Avropa Azərbaycanlıları Konqresi 1-ci vitse prezidenti Fizuli Məmmədov (Frenk Elkaponi) haqqında bəzi media orqanlarında həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.

Bununla əlaqədar Dünya Azərbaycanlıları Assambleyası bəyanat yayıb. Saytımıza daxil olan bəyanatda qeyd edilir ki, bunu hər kəs yaşadığı həyatından da bilir ki, ailədaxili məsələləri geniş ictimai müzakirəyə çıxarmaq nə etik cəhətdən doğrudur, nə də milli dəyərlərimizə uğundur. Ümumiyyətlə nəinki ictimai liderin, ümumiyyətlə heç kimin şəxsi həyatı ictimai müzakirə mövzusu olmamalıdır. Əgər qardaşlar arasında problem varsa bunu normal şəkildə aralarında müzakirə edib , mövcud olan problemi həll edə bilərlər. Bu cür məsələlər nə bizi, nə də digərlərini maraqlandıra bilməz , maraqlandırmamalıdır. Fizuli bəy minlərlə mövcud olan azərbaycanlı iş adamlarından biridir. Ancaq bu şəxs hər zaman milli məsələlərdə dövlətinin və vətəninin yanında olub. Bu gün Rusiyada işadamlarımızın sayı kifayət qədərdir. Rusiyanın milyarderlər siyahısında öncül yerlərdədirlər. Bu şəxslərin indiyə kimi hansısa milli projeyə dəstək olduqlarını gördünüz yaxud eşitdinizmi? Əminəm ki, nə görüb , nə də eşitmisiniz. Belə olduğu halda milli vətənvərlik ruhu yüksək olan iş adamlarımızı incitməklə nəyə nail olmaq istəyirik? Onsuz da bucür iş adamlarımız azlıq təşkil edir. Demək olar ki, yox dərəcəsindədir. Hətta Avropada, Amerikada dünyanın müxtəlif ölkələrində biznes fəaliyyəti ilə məşğul olub dövlətdən maddi yardım uman kifayət qədər insanlar var.

Hollandiyadakı diaspora liderimiz hörmətli İlhan Aşkın erməni təzyiqi ilə üz üzə idi. Vəkil xərcinin yüksəkliyi İlhan bəyin işini çətinə salmışdı. Erməni diasporası güclü vəkillə təmin olunmuş hücumda idi. Mətbuat yazdı, bizlər səs saldıq amma nə rəsmi qurumlarımız, nə işadamlarımız İlhan bəyin məhkəmə xərclərinin yüksəkliyindən yardım etmədilər. Yenə Fizuli bəy meydana çıxdı və İlhan bəyə sahib çıxdı. Bu yaxınlarda aprel şəhidlərinin və qazilərinə ailələrinə mənzil bağışladı. Moskvada həbsə düşən, müalicəyə ehtiyacı olanlara, tələbələrə dəfələrlə maddi mənəvi dəstək olub. Bunları edən şəxsin üzərinə hücum etmək heç kimə başucalığı gətirməz.

Fizuli Məmmədovu 17 ildir şəxsən tanıyan insan kimi deyə bilərəm ki, o ictimai siyasi həyatının hər dövründə ölkə rəhbərliyinin siyasətini sözdə deyil , əməldə dəstəkləyən şəxs olub. Fizuli bəyi 2018 – ci ildə ölkədə keçiriləcək prezident seçkilərində namizəd olacağını iddia etmək mələumatsızlğın ən böyük göstəricisidir. Bunun üçün seçkilər haqqında qanunun tələblərinə cavab vermək lazımdır. Qanunda açıq aşkar göstərlib ki, prezidentliyə namizəd olacaq şəxs Azərbaycan vətəndaşı olmalıdır. Fizuli Məmmədov isə həm Rusiya həm də İtaliya vətəndaşıdır. Bu şərtlər altında olan adam nəcür seçkilər haqqında düşünə bilər. Seçkilər mövzusu həssas mövzudur bu mövzu üzərindən monipulasiya edib cəmiyyəti çaşdırmaq yalnışlıqdır. Bugün həm Fizuli bəyin, həm bizim bir namizədimiz var. O da ölkə daxili sabitliyin memarı, iqtisadi inkişafın, güclü diplomatiya və güclü ordunun komandanı İlham Əliyevdir. (Newscenter.az)

 

boyukmillet.com

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir