Çərşənbə axşamı , 14 Aprel 2026
Drone Cameras

Əfqanıstanda bankın yaxınlığında partlayış olub, 24 nəfər ölüb, 60 nəfər yaralanıb

Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində “New Kabul Bank” nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb.

“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bu barədə Gilmənd əyalətinin qubernatoru Ömər Zvak “Twitter” səhifəsində yazıb.

Qubernator bildirib ki, ölənlər arasında hərbçilər də var: “Partlayış hərbçilər və mülki vətəndaşlar aylıq əmək haqlarını bankdan almağa gedərkən törədilib”.

Bir müddət əvvəl isə telekanal silahlı qrupun əyalətin “New Kabul Bank”ın Ləşgərgah şəhərindəki bölməsinə hücum etdiyi barədə məlumat yaymışdı.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir