Şənbə , 27 İyul 2024
Drone Cameras

Fransada polislər etiraz aksiyaları keçirirlər Böyüt

Bu gün Fransanın Marsel şəhərində 200 polis aksiya keçirib.

APA-nın “Europe 1” radiosuna istinadən verdiyi məlumata görə, polislər əmək haqlarının artırılmasını və boş ştatlara əməkdaşların götürülməsini tələb ediblər.

Polislər şübhəlilərin saxlanılmasından sonra aparılan məhkəmə araşdırmasından da narazılıqlarını bildiriblər. Bir çox polis aksiyaya ailəsi ilə birlikdə gəlib. Aksiya zamanı hər hansı insident yaşanmayıb.

Oktyabrın 26-da Marseldə polislərin daha böyük aksiyasının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Fransada polislərin ilk aksiyası ötən bazar ertəsi keçirilib. Buna səbəb oktyabrın 8-də Viri-Şatiyon kommunasında baş verən olay səbəb olub. Viri-Şatiyon kommunasında 15 gəncdən ibarət qrupa müdaxilə edən polislərdən biri bıçaq yarası alıb. 28 yaşlı polis əməkdaşı hazırda Parisdəki xəstəxanada süni komadadır. Bununla əlaqədar ötən cümə günü yüzlərlə polis Baş Polis İdarəsinin qarşısına toplaşıb, özünümüdafiə vasitələri ilə yetərincə təchiz olunmamalarına etirazlarını bildiriblər. Anoloji aksiyalar Fransanın digər şəhərlərində də keçirilib.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir