Çərşənbə axşamı , 10 Sentyabr 2024
Drone Cameras

Əfv Sərəncamı Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi

Azərbaycanda əfv siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizdə dəfələrlə amnistiya aktları qəbul edilib, əfv sərəncamları imzalanıb. Qürurverici haldır ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli AZƏRTAC-a açıqlamasında deyib.

Bu Sərəncamın minlərlə vətəndaşa sevinc bəxş etdiyini deyən E.Həsənli bildirib: “Sərəncamın ən böyük üstünlüyü ondan ibrətdir ki, bu Sərəncam Cinayət Məcəlləsinin demək olar bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Bu, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına yüksək diqqət və qayğısının, dövlətimizin başçısının yüksək humanizminin bariz nümunəsidir. Dövlətimizin başçısının 16 illik prezidentliyi dövründə imzaladığı fərman və sərəncamlarda bu ali diqqətin və mərhəmətin şahidi olmuşuq. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamı səkkiz min nəfəri əhatə edib. Bugünkü Sərəncam isə yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi. Ən əsası, bu Sərəncam Azərbaycanın hüquqi demokratik dövlət olduğunu, humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi”.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir