Cümə , 3 Aprel 2026
Drone Cameras

Gəncədə 6 şagird məktəbdə zəhərlənib

Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …