Şənbə , 6 Dekabr 2025
Drone Cameras
?????????????????????????

Göyərtəsində radioaktiv maddələr olan təyyarə Moskva aeroportuna təcili eniş edib

Göyərtəsində 19 kq radioaktiv maddə olan Xantı-Mansiysk-Moskva reysi qəza siqnalı göndərdikdən sonra paytaxtın Vnukovo aeroportuna təcili eniş edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, göyərtəsində 104 sərnişinin də olduğu “Utair” aviaşirkətinin təyyarəsi saat 01:00 radələrində eniş şassisinin nasazlığı barədə qəza siqnalı verib: “Təyyarədə təhlükəli yüklər kateqoriyasına aid olan, lakin Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən icazə verilən 19 kq radioaktiv maddə də olub”.

Qeyd edilib ki, təyyarədə olan təhlükəli yükə zərər dəyməyib.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …