Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Güləş üzrə Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50 sərbəst, 59, 66 və 71 kiloqram çəkidə 114 yunan-Roma güləşçisi, ümumilikdə 164 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirir.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir