Şənbə , 27 İyul 2024
Drone Cameras

“Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq.”

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq.

Bu barədə Trend-ə açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb:

“Birincisi, Əfqan Muxtarlının Gürcüstanda saxlanılması barədə məlumatlar təsdiqlənməyib. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən açıqlamada göstərilir ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhəddini qeyri-qanuni keçdiyi üçün saxlanılıb. Əfqan Muxtarlının Gürcüstan tərəfinin saxlayıb təhvil verməsi ilə bağlı hec bir sübut yoxdur. Bu hadisənin iki ölkə arasında münasibətləri korlamasına gəlincə isə bu, mümkün deyil. Gürcüstan-Azərbaycan münasibətlərini bir neçə dəfə korlamaq cəhdləri olub. Ancaq bu cəhdlər baş tutmayıb. Çünki Gürcüstan-Azərbaycan dostluğu böyük tarixi keçmişə dayanır. İki dost, qardaş dövlət arasında olan münasibəti heç bir qara qüvvə korlaya bilməz”.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir