Şənbə , 14 Mart 2026
Drone Cameras

Gümrüdə erməni zabit və həyat yoldaşı partlayış nəticəsində ölüb

Ermənistan silahlı qüvvələrinin zabiti və onun hamilə arvadı ölkənin şimal-qərbində, Gümrü şəhərində yerləşən evlərin birində qumbara partlaması nəticəsində ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə bu gün ( 8 avqust – red) baş verib.

Bildirilib ki, hadisə yerinə gedən istintaq qrupu Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində kapitan rütbəsi ilə xidmət edən 35 yaşlı hərbçinin və 29 yaşlı hamilə həyat yoldaşının qumbara partlaması üçün xarakterik olan yaralarla meyitlərini tapıb.

Partlayışla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Check Also

ABŞ və İsrailin zərbələrindən sonra Tehranda SEPAH-ın qərargah binası dağıntılara məruz qalıb

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı …