Çərşənbə , 22 May 2024
Drone Cameras

Gürcüstanın XİN başçısı: “Azərbaycanla dostluğun möhkəmlənməsi üçün daha böyük potensial var”

“Bir daha əmin oldum ki, Gürcüstan və Azərbaycan arasında dərin möhkəm köklərə malik dostluğun inkişafı və möhkəmlənməsi üçün daha da böyük potensial var”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili feysbuk səhifəsində yazıb.

“Gürcüstan və Azərbaycan üçün əsas hərəketverici qüvvə ölkələrimiz, regionun inkişafı və xalqlarımızın rifahıdır. Hər iki ölkə bu istiqamətdə tarixən çox işlər görüb. Gürcü və azərbaycanlı diplomatlara bu münasibətlərin dərinləşməsinə verdikləri töhfəyə görə təşəkkür edirəm”, – nazir bildirib.

Azərbaycana rəsmi səfərini başa vurduğunu qeyd edən XİN başçısı səmimi qonaqpərvərliyə görə azərbaycanlı həmkarlarına, səfərin təşkilinə görə Gürcüstanın Azərbaycandakı və Azərbaycanın Gürcüstandakı səfirliklərinə minnətdarlığını ifadə edib.

Check Also

İranda milli matəm elan edilib

İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib. Boyukmillet.com xəbər verir ki, …