Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Hərbçilər Laçında avtoqəzaya düşüb, həlak olanlar var

Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …