Qarabağ müharibəsi veteranı, İctimai TV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov öz facebook hesabında bu barədə status paylaşıb.
Boyukmillet.com olaraq həmin paylaşımı təqdim edirik:
14 ildir Bakıda ev növbəsini gözlədiyini bildirən Şöhrət Eyvazov yazır: “Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilən 3-ci binadan hər iki Qarabağ müharibəsinin iştirakçısı olaraq mənə də ev veriləcəyinə ümidim üzülməyib.
Əlbətdə, Prezident hədiyyəsini istəməzlər, amma, mən niyə bu binada ev almağı arzuladığımı 3 cümlə ilə ifadə etməyə çalışacam:
- 15 ili cəbhə bölgəsində olmaqla 20 ildir jurnalistikadayam.
- I Qarabağ müharibəsi veteranı və 20 il xidmət stajı ilə hərbi təqaüdçü kimi 14-cü ildir ki, Bakı şəhərində növbədə olsam da bu evin kim və nə vaxt tikiləcəyi məlum olmadığından yeganə ümidim bu evədir!
- etibarəliyevlərin çağırışlarına rəğmən Prezidentimizin öz sərəncamını ləğv etməyəcəyinə və ədalətin qalib gələcəyinə əminəm.
Bu binada ev almağa haqqı çatdığını düşünən həmkarlarımından, o cümlədən veteran jurnalistlərdən də arzularını əsaslandırmağa çağırıram!
Real və virtual dostlara dəstək üçün təşəkkür edirəm!! Dəstək olun ki, səsimiz eşidilsin..
“XEYİRƏ VƏSİLƏ OLAN XEYİRİ EDİR”