Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Həsənabad sakinləri Sabir Rüstəmxanlını çoşqu ilə qarşıladılar (FOTOLAR)

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının seçki kampaniyası uğurla davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün Neftçala rayonunun Həsənabad qəsəbəsində seçiciləri ilə açıq havada görüş keçirən S.Rüstəmxanlı sakinlər tərəfindən böyük sevgi ilə qarşılanıb.
Görüşü rayonun keçmiş İcra Hakimiyyəti başçısı Fərman Hüseynov açaraq öz çıxışında Sabir Rüstəmxanlının ictimai fəaliyyətindən ətraflı şəkildə bəhs edib.
F.Hüseynov çıxışında Sabir Rüstəmxanlının həm Xalq şairi kimi yaradıcılığından, həm də millət vəkili kimi ölkənin siyasi həyatındakı rolundan, xalq hərəkatındakı xidmətlərindən danışıb.
O, bildirib ki, Azərbaycanın ikinci istiqlalının əldə olunmasın memarlardan biri kimi Sabir Rüstəmxanlı şəxsiyyəti tariximizdə önəmli yer tutur.
Daha sonra əslən Həsənabad kəndindən olan rəssam Nadir Bayrışov, rayon ziyalılarından Fərhad Əzizbəyli çıxış edərək Sabir Rüstəmxanlının ədəbi və siyasi fəaliyyətindən danışıblar.
Qeyd ediblər ki, Sabir Rüstəmxanlı neftçalalıların parlamentdə ən layiqli formada təmsil edəcək bir namizəddir.
Daha sonra VHP sədrinin müavini Arif İsmayılbəyli də çıxış edərək Sabir bəyin parlament fəaliyyətindən danışaraq onun tək təmsil etdiyi rayonun deyil, bütövlükdə Azərbaycan vətəndaşının vəkili olduğunu bildirib.
Sonda isə Sabir Rüstəmxanlı özü ətraflı çıxış edərək ölkədə baş verən ictimai-siyasi proseslər, parlament seçkiləri, fəaliyyəti, gördüyü və görəcəyi işlər, Neftçalanın gələcəyi üçün nəzərdə tutduğu işlər, planlar barədə seçicilərinə məlumat verib.
O, görüşdən sonra kənd sakinlərinin problemi ilə maraqlanıb, onların istəklərini dinləyib. Kənd ağsaqqalları və sakinlər də 9 fevralda Sabir Rüstəmxanlıya səs verəcəklərini bildiriblər.
Qeyd ediblər ki, Sabir Rüstəmxanlının Parlament seçkilərində namizəd kimi Neftçalanı seçməsi neftçalalıların səsinin parlamentdən ən yüksək səviyyədə gəlməsi deməkdir.
Sabir Rüstəmxanlının Azərbaycanın hər evində, ocağında tanındığını bildirən sakinlər onunla fəxr etdiklərini, Milli Məclisdə onları təmsil etməsindən qürur duyacaqlarını deyiblər.
Xalq şairi belə etiramlı qarşılanmaya və isti münasibətə, öz mövqelərini açıq şəkildə bildirdiklərinə görə onlara təşəkkür edib.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …