Şənbə , 27 Aprel 2024
Drone Cameras

“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır… – Foto

İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.

Boyukmillet.com xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur.

Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə dəyir. Maskalı insan küçənin ortasında yerə yıxılıb. Onun yanından piyada, velosipedlə adamlar keçir. Amma heç kim yaxınlaşmağa cürət etmir.

Ümumiyyətlə, Vuhanda epidemiyanın nəyə qadir olduğunu çox yaxşı anlayırlar. Kimsə yerə yıxılıbsa, deməli, söhbət həmin şəxsin canını tapşırmasından gedir.

Vuhanda ilk dəfə koronavirus keçən ilin dekabrın 12-də qeydə alınmışdı. Son məlumata görə, virusa yoluxanların sayı 10 min nəfəri keçib, 213 çinli həyatını itirib.

“Ölüm şəhəri”ndə dəhşətli mənzərə: Küçədə ölürlər, heç kim yaxınlaşmır... - Foto

(Bizimyol.info)

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …