Şənbə , 29 Yanvar 2022
Home » Dünya » Heydər Əliyev Sarayı mobil tətbiqini istifadəyə verib

Heydər Əliyev Sarayı mobil tətbiqini istifadəyə verib

Heydər Əliyev Sarayı mobil tətbiqini istifadəyə verib.
Sarayın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məqsəd IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi tədbirlərin keçiriləcəyi müddətdə ölkəyə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılara beynəlxalq standartlara uyğun xidmət göstərməkdir.
IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.
Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsi ilə Heydər Əliyev Sarayı haqqında və afişa bölməsində Sarayda keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya ala bilərlər.
İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının Facebook, İnstagram, Youtube səhifələrini və Sarayın saytını izləmək imkanı əldə edəcək və eyni zamanda e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.

Check Also

Zakir Fərəcovun “dağılan tifağı”: Eldar Həsənovun biznes şəriki çıxılmaz vəziyyətdə

Sumqayıtın icra başçısı Zakir Fərəcovun başının üzərində qara buludlar dolaşır. Bunu artıq özü də etiraf …