Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Heydər Əliyevin səyi ilə saat 5-də…” – Milli Bayrağı Naxçıvan Ali Sovetinə gətirən şəxs

“1990-cı ilin noyabr ayının 17-si Azərbaycan tarixinə qızıl hərflərlə yazılan mühüm bir gündür”.

 

Bunu 1990-cı ildə Naxçıvan Ali Sovetinin deputatı olmuş, o zaman Azərbaycan bayrağını ilk dəfə Naxçıvan Ali Sovetinə gətirən AzNews.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvan Ali Sovetində Azərbaycan bayrağının dalğalanması asan olmayıb:

“1990-cı ilin noyabr ayının 17-də Naxçıvan Ali Sovetin ilk iclası olmalı idi. O zaman biz DEMBLOK-da təmsil olunurduq. 100 deputatdan 20-30 nəfəri istəyirdi ki, iclası Heydər Əliyev aparsın. Kommunistlər isə buna qarşı çıxırdı. Onların namizədi Həsən Əliyev idi. Uzun müzakirələrdən sonra Heydər Əliyevin iclası aparmasına razılıq əldə olundu. Naxçıvan Ali Sovetinin önündə Leninin heykəli olduğu üçün iclas Siyasi Maarif Evində baş tutdu. Gündəlikdə iki məsələ var idi: Atributların qəbul olunması və Naxçıvan MSSR-nin adının dəyişdirilib Naxçıvan Muxtar Respublikası, Naxçıvan Ali Sovetinin adının dəyişdirilib Naxçıvan Ali Məclisi edilməsi idi. İclasda iştirak edən kommunistlər israrla iclası uzadırdılar ki, saat 6-ya qədər Azərbaycan bayrağı Ali Sovetə daxil olmasın. Yuxarıdan onlara belə tapşırıq verilmişdi. Çünki Mərkəzi Komitə saat 6-da Azərbaycan Milli Bayrağının qəbul olunması ilə bağlı qərar qəbul edəcəkdi. Bu üzdən iclas zamanı müəyyən söz-söhbətlər salır, hətta iclasın keçirilməsinə mane olurdular. Ancaq bütün bunlara baxmayaraq Heydər Əliyevin səyi nəticəsində saat 5-də Azərbaycan Milli Bayrağı Ali Sovetə gətirildi. Bayrağı gətirmək Fərəməz Allahverdiyevə tapşırılmışdı. O, deputat olmadığı üçün bayrağı mən və Bünyamin Qəmbərov Ali Sovetə gətirdik”.

T.Siyabov onu da deyir ki, o zaman iclası kadra alan Naxçıvan televiziyası müəyyən bəhanələrlə bu möhtəşəm tarixi hadisəni lentə almaq istəmirdi. Heydər Əliyevin qətiyyəti ilə Ali Sovetin iclası tam lentə alındı.

Həmsöhbətim onu da bildirib ki, iclasın məhz 17 noyabr tarixinə təyin olunması da məqsədli olub: “Bizim məqsədimiz o idi ki, 17 Noyabr həm də Milli Dirçəliş Günü kimi qeyd olunsun. Buna da nail olduq”.

(AzNews.az)

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir