Şənbə , 27 Aprel 2024
Drone Cameras

Hindistanın məşhur aktyoru Avinaş Saçdevinin imza günü

Hindistanlı aktyorun imza günündə kinoteatrda görünməmiş izdiham yaşanıb
Bu gün Nizami Kino Mərkəzində Hindistanın məşhur aktyoru Avinaş Saçdevinin imza günü və fanatları ilə görüşü keçirilib.

Boyukmillet.com Interpress.az saytina istinadən xəbər verir ki, kinoteatrda pərəstişkarların böyük izdihamı yaşandığından aktyor uzun müddət səhnəyə çıxa bilməyib. Aktyorun Azərbaycana gəlməsini təşkil edən Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstənmxanlı çıxış edərək zalda sakitlik yaradılmasını xahiş edib.

Daha sonra Bollivud ulduzu pərəstişkarların alqış sədaları altında səhnəyə çıxarılıb. Aktyor çıxış edərək pərəstişkarları tərəfindən bu cür coşğu ilə qarşılanmasından məmnun olduğunu bildirib: “Azərbaycanda, Bakıda olmaqdan çox məmnunam. Bu mənim Azərbaycan tamaşaçılarım ilə sonuncu görüşüm olmayacaq. Sevinirəm ki, Azərbaycanda məni bu qədər sevirlər. Bilin ki, sizin məni sevdiyiniz qədər mən də sizi sevirəm. İlk dəfədir ki, mən Bakıya səfər edirəm. Ümid edirəm ki, gələcəkdə regionlarla da tanış ola biləcəyəm. İnanıram ki, gələcəkdə iki ölkənin mədəni əlaqələrində körpü rolunu oynayacağam. Məni sizinlə görüşdürdüyünə, bu tədbiri təşkil etdiyinə görə Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürümü bildirirəm”.

Çıxışdan sonra aktyor səhnədə pərəstişkarlı ilə şəkil çəkdirib, imza verib.

Qeyd edək ki, Avinaş Saçdevi Azərbaycan – Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. 26 iyun tarixindən Azərbaycana gələn aktyor 30 iyuna qədər ölkəmizdə səfərdə olacaq. A.Sachdevi Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı bəla” serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır. (musavat)

Hindistanın məşhur aktyoru Avinaş Saçdevinin imza günü  – FOTO

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir